İrakli Kobaxidze - Bizim əleyhdarlarımızın nəzərə almadığı odur ki, bu gün dövlət güclüdür, güclü dövlət institutlarımız var və vəziyyəti tam nəzarət altına almaq bizim üçün çətin deyil
Bizim əleyhdarlarımızın nəzərə almadığı bir məsələ odur ki, bu gün dövlət güclüdür, güclü dövlət institutlarımız var və vəziyyəti tam nəzarət altına almaq bizim üçün çətin deyil, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan teleşirkətinə müsahibəsində bildirib.
Hökumət başçısının dediyinə görə, gələcəkdə belə prosesləri istisna etmək olar.
“Əleyhdarlarımızın nəzərə almadığı bir məsələ odur ki, ölkə daxilində və ölkə xaricində bu gün dövlət çox güclüdür, bizim çox güclü dövlət institutlarımız var və buna görə də, biz əlbəttə ki, vəziyyəti tam nəzarət altına almaq üçün çətinlik çəkmirik. Bu dörd il ərzində biz xarici müdaxilə yolu ilə dörd dəfə inqilab təşkil etmək cəhdindən keçdik, lakin dörd dəfə də buna mütənasib güclə müqavimət göstərdik və bütün bu cəhdlər zərərsizləşdirildi. İstənilən belə halda dövlət sistemi istənilən bu cür cəhdin qarşısını almağa hazırdır, üstəlik, üstəlik, proseslər tədricən elə gedir ki, praktiki olaraq artıq gələcəkdə belə prosesləri istisna edə bilərik”, – baş nazir bildirib.