İrakli Kobaxidze - Bizə siyasi sistemin sağlamlaşdırılması lazımdır, məhkəməyə bir neçə gün ərzində təqdim olunacaq iddia buna xidmət edir
Hakim komandanın yeganə rəqibi kimi “Kollektiv Milli Hərəkat” timsalında kriminal bir siyasi qüvvənin çıxış etdiyi şəraitdə sağlam demokratik sistemin bərqərar olması, təbii ki, mümkün deyil, buna görə də biz demokratik və siyasi sistemi sağlamlaşdırmalıyıq və bir neçə gündən sonra Konstitusiya Məhkəməsinə daxil olacaq iddia da məhz buna xidmət edir, – bu barədə Baş nazir Kobaxidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hakimiyyət üçün əsas məsələ odur ki, Konstitusiya Məhkəməsinə düzgün tərtib olunmuş iddia təqdim olunsun, beləliklə, ölkənin demokratik sistemi bir dəfəlik və tam şəkildə sağlamlaşdırılsın.
“Qanunvericilikdə müəyyən texniki məsələlər dəqiqləşdirildi, bizim üçün əsas olan Konstitusiya Məhkəməsinə düzgün tərtib edilmiş iddianın təqdim edilməsidir ki, bir dəfəlik və həmişəlik demokratiya sistemimiz sağlamlaşdırılsın. Hakim komandanın yeganə rəqibi kimi “Kollektiv Milli Hərəkat” timsalında kriminal bir siyasi qüvvənin çıxış etdiyi şəraitdə sağlam demokratik sistemin bərqərar olması, təbii ki, mümkün deyil, buna görə də biz demokratik və siyasi sistemi sağlamlaşdırmalıyıq və bir neçə gündən sonra Konstitusiya Məhkəməsinə daxil olacaq iddia da məhz buna xidmət edir. İddianın təqdim olunmasına bir neçə gün qalıb, siyahı iddia təqdim olunan kimi açıqlanacaq”, – Baş nazir bildirib.