İrakli Kobaxidze – Biz nifrətə qarşı bir olmalı, antisemitizmlə mübarizə aparmalıyıq və Holokosta bənzər faciələrin bir daha təkrarlanmaması üçün çalışmalıyıq

18:11, 27.01.2025

Bu gün, Holokostu anma günündə biz nasist rejimi tərəfindən qətlə yetirilən milyonlarla yəhudi qurbanının xatirəsini ehtiramla yad edirik, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.

Hökumət başçısı etnik, dini və ya digər zəmində ayrı-seçkiliyi yolverilməz adlandırır.

“Etnik, dini və ya digər zəmində ayrı-seçkilik yolverilməzdir. Biz nifrətə qarşı bir olmalı, antisemitizmlə mübarizə aparmalıyıq və Holokosta bənzər faciələrin bir daha təkrarlanmaması üçün çalışmalıyıq”, – Baş nazir yazır.

Oxşar