İrakli Kobaxidze - Biz narkotik cinayəti ilə bağlı qanunvericiliyi sərtləşdirdik, bu, ölkəmizin mübarizə aparmalı olduğu ən mühüm çağırışlardan biridir
İrakli Kobaxidze - Biz narkotik cinayəti ilə bağlı qanunvericiliyi sərtləşdirdik, bu, ölkəmizin mübarizə aparmalı olduğu ən mühüm çağırışlardan biridir

Biz bu sahədə qanunvericiliyi sərtləşdirdik və bunun ardınca Daxili İşlər Nazirliyinin daha da fəallaşması vacibdir. Bu, ölkəmizin mübarizə aparmalı olduğu ən mühüm çağırışlardan biridir, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə bildirib.

Baş nazirin dediyinə görə, qeyd olunan məsələyə gələcəkdə də maksimum diqqət yetiriləcək.

“Qanunun praktikada tətbiqi qanunu sərtləşdirməkdən daha vacibdir. Biz bu sahədə qanunvericiliyi sərtləşdirdik və bunun ardınca Daxili İşlər Nazirliyinin daha da fəallaşması vacibdir. Bu, ölkəmizin mübarizə aparmalı olduğu ən mühüm çağırışlardan biridir və müvafiq olaraq gələcəkdə də maksimum diqqət ora yönəldiləcəkdir, ki bu çox vacib olan xəstəliyə qalib gələ bilək. Bu cəmiyyət üçün çox vacibdir”, – Baş nazir bildirib.