İrakli Kobaxidze - Biz Çinlə sıx və dinamik tərəfdaşlığa böyük əhəmiyyət veririk, əminəm ki, bizim birgə təşəbbüslərimiz və layihələrimiz bu tərəfdaşlığı gücləndirəcək
İrakli Kobaxidze - Biz Çinlə sıx və dinamik tərəfdaşlığa böyük əhəmiyyət veririk, əminəm ki, bizim birgə təşəbbüslərimiz və layihələrimiz bu tərəfdaşlığı gücləndirəcək

Bu gün Çin tərəqqiyə, modernləşməyə və inkişafa yönəlmiş dövlət olaraq, qlobal sülhün möhkəmlənməsində iştirak etməklə bütün sivil ölkələr üçün nümunədir”, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümü və İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Hökumət başçısı Çinin Gürcüstandakı səfiri Çou Tsieni və Çin xalqını bayram münasibətilə təbrik edib və Çinin İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq nizamın formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.

“Biz Çin Xalq Respublikası ilə sıx və dinamik tərəfdaşlığa böyük əhəmiyyət veririk. Bizim dostluğumuz qarşılıqlı hörmətə, etimada və ortaq prioritetlərə əsaslanır. Gürcüstan-Çin münasibətlərinin strateji səviyyəyə yüksəldilməsi ümumi maraqlarımızın dərinliyini əks etdirir. Gürcüstan bir daha öz qəti öhdəliyini və bütün sahələrdə əməkdaşlığı gücləndirməyə tam hazır olduğunu təsdiqləyir. Əminəm ki, bizim birgə təşəbbüslərimiz və layihələrimiz bu tərəfdaşlığı gücləndirəcək və mühüm nəticələr verəcək.

“Bir Kəmər, Bir Yol” təşəbbüsü, Orta Dəhliz vasitəsilə nəqliyyat və ticarət əlaqələri ilə birlikdə, tərəfdaşlığımızı dərinləşdirmək və xalqlarımız arasında güclü əlaqələr yaratmaq üçün xüsusi imkanlar təqdim edir. Gürcüstan və Çin arasında dinamik əməkdaşlıq, o cümlədən ticarət sazişləri, vizasız rejimin sadələşdirilməsi və infrastrukturla loqistikaya birgə investisiyalar bu rolu gücləndirib və Orta Dəhlizin əlaqələrin möhkəmləndirilməsi, ticarətin genişləndirilməsi və qarşılıqlı faydalı imkanların yaradılması platforması kimi əhəmiyyətini göstərib. Əminəm ki, Gürcüstan və Çin arasında möhkəm dostluq və əməkdaşlıq daha da dərinləşəcək və bu, çox güclü tərəfdaşlıq üçün yeni imkanlar yaradacaq”, – deyə İrakli Kobaxidze bildirib.

Təntənəli qəbulda Çinin Gürcüstandakı səfiri Çou Tsien qonaqlara müraciət edib. Çin və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbirə Gürcüstanın icra və qanunverici hakimiyyətinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Məlumatı Hökumət Administrasiyasının mətbuat xidməti yayır.