İrakli Kobaxidze - Biz, Gürcüstan və Ukrayna arasındakı münasibətləri yenidən başlatmağa tam hazırıq, ədalətsizliklə korlanan münasibətlər ədalətlə düzəldilə bilər
İrakli Kobaxidze - Biz, Gürcüstan və Ukrayna arasındakı münasibətləri yenidən başlatmağa tam hazırıq, ədalətsizliklə korlanan münasibətlər ədalətlə düzəldilə bilər

Biz, Gürcüstan və Ukrayna arasındakı münasibətləri yenidən başlatmağa tam hazırıq, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Baş nazirin qeyd etdiyi kimi, ədalətsizliklə korlanan münasibətlər ədalətlə düzəldilə bilər.

“Görək, ümid edirik ki, müvafiq addımlar atılacaq. Gürcüstan və Ukrayna arasında münasibətləri yenidən başlatmağa tam hazırıq. Ölkələr arasındakı münasibətlərin yenidən başladılmasına ehtiyac belə yoxdur, söhbət hökumətlər arasındakı münasibətlərin yenidən başladılmasından gedir”, – Baş nazir qeyd edib.