İrakli Kobaxidze - biz qonaqpərvərliyimizlə fəxr edirik, turizm ən sürətlə inkişaf edən sahələrdən biridir və Gürcüstana gələn ziyarətçilərin sayı ildən-ilə artır
Macarıstanın TV 2 telekanalı Gürcüstan haqqında süjet hazırlayıb, onun əsas respondenti Gürcüstanın Baş naziri İrakli Kobaxidzedir.
Süjetdə ölkənin çoxəsrlik tarixindən bəhs edilir və qeyd edilir ki, ölkə şərabla yanaşı, heyrətamiz mənzərələri, səmimi qonaqpərvərliyi və müstəsna mətbəxi ilə də seçilir.
“Gürcüstan kiçik, lakin inanılmaz dərəcədə rəngarənk ölkədir. Qonaqpərvərlik bizim əsas xüsusiyyətlərimizdən biridir – bunu hər kəsə göstərməkdən məmnunuq. Turizm ən sürətlə inkişaf edən sahələrdən biridir və Gürcüstana gələn ziyarətçilərin sayı da ildən-ilə artır”, – İrakli Kobaxidze TV2-yə müsahibəsində bildirir.
Süjetdə İrakli Kobaxidzenin siyasi karyerasından da bəhs edilir. Bununla yanaşı, Gürcüstanın baş nazirinin böyük futbol azarkeşi olduğu qeyd edilib.
“Mən böyük azarkeşəm və heç vaxt Gürcüstan millisinin oyununu buraxmıram. Futbol icmalarında fəal iştirak edirəm. Klub futbolu hələ də inkişaf mərhələsində olsa da, bizim üçün əsas komanda böyük tarixə malik olan “Dinamo Tbilisi” klubudur. Təbii ki, hər kəsin sevimli əcnəbi komandası var. Mənim üçün bu, “Barselona”dır – onların oyun tərzini xüsusilə bəyənirəm”, – İrakli Kobaxidze qeyd edir.
Süjetdə deyildiyi kimi, həmçinin Gürcüstan xüsusi istedadl insanlarla zəngindir.