İrakli Kobaxidze - Biz bütün partiyaları və digər birlikləri hələ vaxt olduğu halda, konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirmək məqsədi daşıyan yığıncaqdan aktiv şəkildə uzaq durmağa çağırırıq
2012-ci ildən Gürcüstan demokratik dövlətdir və burada hər kəsin dinc toplaşmaq hüququ var. Lakin, bir daha hamını xəbərdar edirik ki, hər hansı zorakılığa ən sərt qanuni cavab veriləcək, – bu barədə Baş nazir İrakli Kobaxidze bu gün Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Hökumət başçısı bütün siyasi partiyaları və digər birlikləri konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirmək məqsədi daşıyan yığıncaqdan uzaq durmağa çağırırıq.
“Biz bütün partiyaları və digər birlikləri hələ vaxt olduğu halda, konstitusiya quruluşunu devirmək və ya zorakılıqla dəyişdirmək məqsədi daşıyan yığıncaqdan aktiv şəkildə uzaq durmağa çağırırıq. Hər kəsə xatırlatmaq istəyirəm ki, bu gün Gürcüstan, onun konstitusiya sistemi və dövlət institutları, o cümlədən hüquq-mühafizə strukturları heç vaxt olmadığı qədər güclü və bir yumruq kimi birləşib. Buna görə də heç kəsə dövlət sisteminə və qanuna qarşı çıxmağı və risk etməyi məsləhət görmürük; hər bir qanun pozucusu bunun üçün ən sərt cavabı alacaq. Gürcüstan sülhsevər və sabit inkişafını davam etdirir, və bu barədə Gürcüstan hökuməti və onun hər bir qurumu tam məsuliyyəti öz üzərinə götürür”, – İrakli Kobaxidze bildirib.