İrakli Kobaxidze - Biz bir daha münasibətlərin yenidən baaşlanması üçün hazır olduğumuzu bildiririk və gözləmə rejimindəyik, görək Amerika administrasiyası tərəfindən hansı addımlar atılacaq
Biz bir daha münasibətlərin yenidən başlanması üçün hazır olduğumuzu bildiririk və gözləmə rejimindəyik, görək Amerika administrasiyası tərəfindən hansı addımlar atılacaq”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “MEGOBARI Act”a cavab olaraq parlament tərəfindən qəbul edilmiş bəyanatla bağlı jurnalistin sualına cavabında deyib.
Hökumət başçısının qiymətləndirməsinə görə, bu, çox mühüm aktdır.
“Mən çox şadam ki, parlamentdə oxşar layihənin təşəbbüsü irəli sürülüb və burada da bizim mövqeyimiz göstərilir. Biz münasibətlərin yenidən qurulması üçün hazır olduğumuzu bildiririk. Biz tamamilə buna hazırıq və gözləmə rejimindəyik, görək Amerika administrasiyası tərəfindən hansı addımlar atılacaq”, – baş nazir bildirib.
Gürcüstan parlamenti mayın 14-də “MEGOBARİ act” ilə bağlı ərizə qəbul edib.