İrakli Kobaxidze - Biz bacardığımız hər kəslə tərəfdaşlıq etmək üçün əlimizdən gələni etməliyik, ABŞ ilə strateji tərəfdaşlığı istənilən vaxt yeniləməyə hazırıq
İrakli Kobaxidze - Biz bacardığımız hər kəslə tərəfdaşlıq etmək üçün əlimizdən gələni etməliyik, ABŞ ilə strateji tərəfdaşlığı istənilən vaxt yeniləməyə hazırıq

Biz bacardığımız hər kəslə tərəfdaşlıq etmək üçün əlimizdən gələni etməliyik, bu tərəfdaşlıq prinsiplərə əsaslanmalıdır”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan mümkün qədər bütün istiqamətlərdə əlaqələri genişləndirməlidir.

“Biz ABŞ-a qarşı konkret mövqe bildirmişik və keçmiş ABŞ administrasiyası tərəfindən dayandırılmış strateji tərəfdaşlığı istənilən vaxt yeniləməyə hazır olduğumuzu demişik. Biz istənilən vaxt strateji tərəfdaşlığı yeniləməyə hazırıq. Həmçinin bunu təmiz səhifədən, konkret bir yol xəritəsi ilə etməyə hazırıq. Avropa İttifaqına gəlincə, burada da danışıqların başlanması ilə bağlı demişik ki, onlar bunu masaya qoyan kimi dərhal imzalayacağıq, lakin qarşı tərəfdən heç bir reaksiya almamışıq”, – İrakli Kobaxidze “Gecə Kuriyeri”ndə bəyan edib.