İrakli Kobaxidze - biz Avropa Şurasının baş katibi ilə Avropaya inteqrasiya yolunu müzakirə etdik, bu səyi dəstəklənməsində Avropa Şurasının rolunu vurğuladıq
Avropa Şurasının baş katibi Alan Berse ilə görüşdə biz Gürcüstanda cari prosesləri, islahatları, həmçinin Avrointeqrasiyaya aparan yolu müzakirə etdik, bu səyi dəstəklənməsində Avropa Şurasının mühüm rolunu vurğuladıq, – bu barədə Gürcüstanın naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, Avropa Şurasının baş katibi ilə məhsuldar görüş keçirilib.
“Avropa Şurasının baş katibi Alan Berse ilə məhsuldar görüşüm oldu. Biz Gürcüstanda cari prosesləri, islahatları, həmçinin Avrointeqrasiyaya aparan yolu müzakirə etdik, bu səyin dəstəklənməsində Avropa Şurasının mühüm rolunu vurğuladıq. Baş katibə əməkdaşlığımızın möhkəmlənməsinə verdiyi şəxsi töhfəyə görə səmimi qəlbdən təşəkkür etdim. Əminik ki, onun bizim üçün böyük əhəmiyyət kəsb edən fəal dəstəyi gələcəkdə də davam edəcək”, – Baş nazir yazır.