İrakli Kobaxidze - Biz ABŞ ilə strateji tərəfdaşlığa konkret bələdçi ilə təmiz vərəqdən başlamaq istəyirik, bizim dəyər uyğunluğumuz var, əsas odur ki, konkret addımlar atılsın
İrakli Kobaxidze - Biz ABŞ ilə strateji tərəfdaşlığa konkret bələdçi ilə təmiz vərəqdən başlamaq istəyirik, bizim dəyər uyğunluğumuz var, əsas odur ki, konkret addımlar atılsın

ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etmək xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bu baxımdan, əlbəttə ki, bizim xarici işlər nazirimizlə səfir arasında baş tutan görüş vacibdir, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Birinci Kanala müsahibəsində Maka Boçorişvili ilə Robin Daniqan arasında keçirilən görüşlə bağlı ünvanlanmış sualı cavablandırarkən bildirib.

Hökumət başçısının dediyinə görə, bağlı qapılar arxasında keçirilən görüşlərin məzmununu çıxarmaq qəbul edilməzdir, hərçənd, hər iki tərəf Gürcüstan və ABŞ arasında münasibətlərin əsaslı və keyfiyyətcə yüksəldilməsində maraqlı olduğunu bildirib.

“Biz bundan əvvəl münasibətləri yenidən başlatmaq istəyimizlə bağlı bir çox bəyanat vermişik, strateji tərəfdaşlığa təmiz vərəqdən başlayaq və nəinki strateji tərəfdaşlığa başlayaq, həm də bunu konkret vəzifələri əks etdirəcək konkret bələdçi ilə edək. Gəlin, hər iki ölkə üçün vacib olan prioritetləri əks etdirən konkret tapşırıqları birlikdə müəyyən edək. Gürcüstan və ABŞ arasında tərəfdaşlığın bərpasını belə görürük. Düşünürəm ki, dəyər uyğunluğu var. Son üç il ərzində nə haqqında danışdığımızı xatırlayırsınızmı və indi ABŞ-ın yeni administrasiyası praktiki olaraq hər mövzuda eyni mesajlarla danışır. Baxışlar arasında uyğunluq var, bu, hamının görə biləcəyi ictimai bir haldır. Qalanı,düşünürəm ki, hər iki tərəfin hansı addımlar atmasından asılıdır. Bizim tərəfimizdən tam hazırlıq var”, – deyə İrakli Kobaxidze bildirib.

Baş nazirin qeyd etdiyi kimi, ABŞ səfiri ilə görüş xarici işlər nazirinin təşəbbüsü olub və tezliklə baş tutub.

“Gürcü-amerikan münasibətlərinə gəlincə,razılıq var, əsas odur ki, konkret addımlar atılısın. Bütün bunlar daha çox ABŞ-da Dərin Dövlətin son olaraq nə qədər məğlub olmasından asılı olacaq. Hələ də problemlər və Dərin Dövlətin ciddi təsiri var. Əgər Dərin Dövləti tam və ya keyfiyyətcə məğlub etmək olarsa, düşünürəm ki, bu halda gürcü – amerikan münasibətlərinin yenidən başladılmasına heç nə mane ola bilməyəcək”, – Baş nazir bildirib.