İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Görüşdə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikası müzakirə olunub, bunu təmin edən sıx siyasi əlaqələrdir. Bu kontekstdə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin ötən il Gürcüstana rəsmi səfərinin xüsusi əhəmiyyəti qeyd edilib.
Tərəflər ticarət, iqtisadi və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından mövcud imkanlar barədə danışıb. “Eagle Hills” şirkətinin Gürcüstana 6,6 milyard ABŞ dolları dəyərində tarixi investisiyasının əhəmiyyəti vurğulanıb, həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin investisiyası ilə həyata keçirilən Tbilisi Quru Limanı layihəsinin və digər iri investisiya şirkətlərinin Gürcüstandakı uğurlu fəaliyyətinin rolu vurğulanıb.
Əbu-Dabi Dayanıqlı İnkişaf Həftəsinin Sammitinə Gürcüstanın Baş Nazirinin səfəri çərçivəsində keçirilən görüşdə Xarici işlər naziri Maka Boçorişvili, İqtisadiyyat və Dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri David Sonğulaşvili, Ədliyyə naziri Paata Salia və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.