İrakli Kobaxidze - Birisigün prezidentin andiçmə mərasimi keçiriləcək və növbəti beş il ərzində Mixeil Ğavelaşvili prezident səlahiyyətlərini çox ləyaqətlə yerinə yetirəcək
İrakli Kobaxidze - Birisigün prezidentin andiçmə mərasimi keçiriləcək və növbəti beş il ərzində Mixeil Ğavelaşvili prezident səlahiyyətlərini çox ləyaqətlə yerinə yetirəcək

Birisigün prezidentin andiçmə mərasimi keçiriləcək və növbəti beş il ərzində Mixeil Ğavelaşvili prezident səlahiyyətlərini çox ləyaqətlə yerinə yetirəcək, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

İrakli Kobaxidze andiçmə mərasimi ilə paralel olaraq elan edilən aksiyaya münasibət bildirib və qeyd edib ki, 6 il əvvəl məhz Salome Zurabişvili üçün də oxşar aksiya təşkil edirdilər və indi Salome Zurabişvili bu xalqla bərabər aksiyalar təşkil edir.

“Onlar özlərini gülməli vəziyyətə salırlar. Salome Zurabişvilinin özü, bütün radikal müxalifətin olduğu kimi ən gülünc vəziyyətdədir. Bunun heç bir qiyməti yoxdur. 6 il əvvəl də o vaxtkı radikal müxalifət və eyni xalqdır bu gün də aksiyalar təşkil edirdilər, lakin, sonda andiçmə mərasimi adi qaydada keçirildi. Təbii ki, bu gün də eyni şey olacaq. “Prezidentin andiçmə mərasimi birisigün baş tutacaq və Mixeil Ğavelaşvili sonrakı beş il ərzində prezident səlahiyyətlərini çox ləyaqətlə yerinə yetirəcək”, – baş nazir bildirib.