İrakli Kobaxidze - birinci iyirmilik müxtəlif meyarlarla komplektləşdirilib, ictimaiyyətə rəngarəng nümayəndəlik təklif etməyimiz vacib idi
İrakli Kobaxidze - birinci iyirmilik müxtəlif meyarlarla komplektləşdirilib, ictimaiyyətə rəngarəng nümayəndəlik təklif etməyimiz vacib idi

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bildirdiyinə görə, seçki komandası, birinci iyirmilik müxtəlif meyarlarla komplektləşdirilib.

Hökumət başçısının söylədiyinə görə, kifayət qədər rəngarəng komandadır, burada stajlı siyasətçilər var, həmçinin, yeni simalar, əməkdar idman xadimləri, olimpiya çempionları, biznes sektorunun nümayəndələri, müxtəlif yaş nümayəndələri.

“Gürcü cəmiyyətinə müxtəlif nümayəndəlik təklif etmək bizim üçün vacib idi. Görürsünüz ki, digər siyasi qüvvələr özlərini təkmilləşdirə, yeniləyə bilmirlər, bunun üçün heçbir resursları yoxdur. Bizim bunun üçün resursumuz var və təbii ki, biz bu fürsətdən maksimum istifadə etdik. Mən fəxr edirəm ki, biz dünən belə bir iyirmiliyi irəli sürdük və ictimaiyyətə təqdim etdik”, – deyə baş nazir bildirib.