İrakli Kobaxidze - Bəziləri hesab edirdi ki, dövlətə qarşı zorakılıq etməlidirlər, biz özbaşınalığa və gürcü dövlətinə qarşı zorakılığa nə ölkə daxilindən, nə də xaricindən yol verməyəcəyik
İrakli Kobaxidze - Bəziləri hesab edirdi ki, dövlətə qarşı zorakılıq etməlidirlər, biz özbaşınalığa və gürcü dövlətinə qarşı zorakılığa nə ölkə daxilindən, nə də xaricindən yol verməyəcəyik

Xaricdən davamlı təzyiqlər fonunda bəziləri hesab edirdi ki, dövlət zəifləyib və ona qarşı zorakılıq tətbiq etmək qərarına gəldilər. Noyabr-dekabr hadisələri də bunun təzahürlərindən biri oldu. Nədənsə çoxlu sayda subyekt Gürcüstan dövlətinə qarşı özünü çox cəsarətli aparırdı, – bu barədə Baş nazir İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

İrakli Kobaxidzenin söylədiyinə görə, Gürcüstan hökuməti nə ölkə daxilindən, nə də xaricindən Gürcüstan dövlətinə qarşı özbaşınalığa və zorakılığa yol verməyəcək.

“Bir vacib məsələyə toxunmaq istəyirəm. Xaricdən davamlı təzyiqlər fonunda bəziləri hesab etdilər ki, dövlət zəifləyib və ona qarşı zorakılıq tətbiq etmək qərarına gəldilər. Noyabr-dekabr hadisələri də bunun təzahürlərindən biri oldu. Nədənsə çoxlu sayda subyekt Gürcüstan dövlətinə qarşı özünü çox cəsarətli aparırdı. Biz xaricdən dövlət institutlarını zəiflətmək cəhdlərini görürdük. Bütün bunlar gizli xarici maliyyələşdirmə ilə həyata keçirilirdi. Xarici gizli maliyyə ilə bizim kilsəmizin nüfuzunu sarsıtmağa çalışırdılar, LGBT təbliğatını, siyasi aksiyaları və s. maliyyələşdirirdilər. Bütün bunlar ölkəmizin əhalisindən gizli şəkildə baş verirdi. Nədənsə, onlar düşündülər ki, bütün bunlar onlara asanlıqla başa gələcək və mümkün olacaq.

Məsələn, məhkəmə hakimiyyətinin müstəqilliyinə birbaşa, aşkar müdaxiləni də xatırlayırsınız. Bir çox müdaxilə olub, amma istəyirəm sizə bir konkret faktı xatırladım: ölkəmizin ədalət mühakiməsi sistemindən bir hakim konkret bir səfirliyin nümayəndəsi tərəfindən çağırılmış və ondan müəyyən bir işlə bağlı hesabat tələb olunmuşdu. O, birbaşa şəkildə Gürcüstanın Konstitusiyasını, Vyana Konvensiyasını pozdu, hüququn və diplomatik münasibətlərin bütün prinsiplərini pozdu və tapdaladı.

Bəziləri hesab edirdi ki, ölkə üçün strateji əhəmiyyətə malik bir hidroelektrik stansiyası tikilməli olanda, kimlərsə ortaya çıxıb buna mane ola bilərdi və bu işin həyata keçirilməsinə imkan verməyə bilərdi. Onlar dövlət kifayət qədər güclü olmadığını hesab edirdilər. Bəziləri, yanlış insanlar – əcnəbilər, gürcülər dövlətin xarici dalğalanmalara əsaslanaraq zəiflədiyini və dövlətə qarşı çıxa biləcəklərini hesab edirdilər. Bu gün bizim tamamilə yeni bir reallığımız var. Biz heç br halda özbaşınalığa və gürcü dövlətinə qarşı zorakılığa nə ölkə daxilindən, nə də xaricindən yol verməyəcəyik”, – İrakli Kobaxidze bildirib.