İrakli Kobaxidze Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi ilə görüşüb
İrakli Kobaxidze Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Arquc Kalantarlı ilə görüşüb.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə qlobal təhlükəsizlik çağırışaları və beynəlxalq təşkilatlar çərçivəsində sıx koordinasiyanın vacibliyi müzakirə olunub.

“Gürcüstanın İCDO-nun (Beynəlxalq Mülki Müdafiə Təşkilatı) İcraiyyə Şurasının üzvü qismində təşkilatın fəaliyyətində fəal iştirakı qeyd edilib. Tədris proqramlarının və peşəkarlığın artırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsində praktiki əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin təşkilatın mülki müdafiə sistemlərinin inkişafında, təbii fəlakət risklərinin azaldılmasının təşviqində və fövqəladə hallara vaxtında və effektiv şəkildə cavab verilməsində mühüm rolu müzakirə edildi”, – rəsmi məlumatda deyilib.

Görüşdə Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.