İrakli Kobaxidze - "BBC"nin süjeti qalmaqal yaratmağın ucuz cəhdi idi və bir günün içində də iflasa uğradı, ictimaiyyət bilir ki, klinikalara müraciət olmayıb
İrakli Kobaxidze - "BBC"nin süjeti qalmaqal yaratmağın ucuz cəhdi idi və bir günün içində də iflasa uğradı, ictimaiyyət bilir ki, klinikalara müraciət olmayıb

“BBC”nin süjeti qalmaqal yaratmağın ucuz cəhdi idi və bir günün içində də iflasa uğradı. İctimaiyyət çox yaxşı bilir ki, klinikalara müraciət belə olmayıb, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Hökumət başçısının dediyinə görə, aprelin 9-da konkret maddədən istifadə olunarkən klinikalara böyük miqyasda müraciətlər olub və pasiyentlərin müalicəsi uzun müddət davam edib.

“”BBC”nin süjeti qalmaqal yaratmaq üçün ucuz bir cəhd idi və bir günün içində də iflasa uğradı. Cəmiyyət klinikalara heç bir müraciətin olmadığını yaxşı bilir. Xatırlayırsınızsa, 9 Aprel zamanı müəyyən maddə tətbiq olunanda nə qədər müraciət vardı, pasiyentlərin müalicəsi nə qədər uzun çəkirdi. Burada isə heç bir müraciət belə olmayıb. Siz qalmaqalın olmadığı yerdə süni şəkildə qalmaqal yaratmağa çalışırsınız. Televiziyalarınız o yerə düşüb ki, artıq papağanların belə lələkləri tökülüb. Sizin ucuz qalmaqal yaratmaq cəhdiniz çox pis görünür”, – deyə baş nazir bildirib.