İrakli Kobaxidze - Baçiaşvili birbaşa siyasətdə iştirak edir o, Qərb mediasında sifarişli məqalələrlə ön plana çıxmağa çalışır, heç bir sifarişli məqalənin heç bir təsiri ola bilməz
Baçiaşvili başqa fəaliyyətlərlə məşğul olmaqla və konkret cinayətə görə məhkum olunmaqla yanaşı, birbaşa siyasətlə məşğuldur, o, Qərb mediasında sifarişli məqalələrlə ön plana çıxmağa çalışır, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bidzina İvanişvilinin vəkili Temur Tsikvadzenin bəyanatını şərh edərkən qeyd edib.
Hökumət başçısının dediyinə, heç bir sifarişli məqalənin heç bir təsiri ola bilməz.
“Bu da qəbul edilmiş təcrübədir. Bizim rəqiblərimizdən biri, bu halda bu şəxs, başqa fəaliyyətlərlə məşğul olmaqla və müəyyən cinayətə görə mühakimə olunmaqla yanaşı, birbaşa siyasətdə iştirak edir. Onlar Qərb mediasında sifarişli yazılarla ön plana çıxmağa çalışırlar. Təbii ki, bu, bizim üçün maraqlı deyil və ictimaiyyət üçün də maraqlı ola bilməz. Heç bir sifarişli məqalənin heç bir təsiri ola bilməz”, – İrakli Kobaxidze bildirib.