İrakli Kobaxidze - Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən məmnunam, söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını müzakirə etdik
Dünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyevlə görüşməkdən məmnunam”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Baş nazirin qeyd etdiyi kimi, söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı müzakirə edilib.
“Dünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən məmnunam. Söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını müzakirə etdik və qlobal əlaqələndirilmə kontekstində regionumuzun rolunu gücləndirən birgə layihələrə xüsusi diqqət yetirdik”, – deyə Baş nazir qeyd edir.