İrakli Kobaxidze “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı İlham Əliyevə başsağlığı məktubu göndərib
İrakli Kobaxidze “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı İlham Əliyevə başsağlığı məktubu göndərib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Baş nazirin başsağlığı məktubunda qeyd etdiyi kimi, Gürcüstan hökuməti və gürcü xalqı qardaş Azərbaycan xalqının yanındadır.

“Gürcüstan hökuməti və gürcü xalqı adından sizə və Azərbaycan xalqına başsağlığı veririk. Bu kədərli zamanda qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailə üzvlərinə başsağlığı veririk. Xəsarət alanlara tezliklə şəfa tapmalarını arzu edirik.  Zati-aliləri, icazə verin təsdiq edim ki, sizin və dost Azərbaycan xalqının kədərinə şərikik və bu çətin anlarda başsağlığımızı bildiririk” – məktubda qeyd olunub.

Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsi qəzaya uğrayıb. Son göstəricilərə görə, sərnişin laynerinin 67 sərnişinindən 32-si təyyarə qəzasında sağ qalıb. Xəsarət alanların bir hissəsinin vəziyyəti ağırdır. Onlar reanimasiya şöbəsindədirlər.