İrakli Kobaxidze - Avropa Şurasının sənədi, Taliavininin rəyi "Milli Hərəkat"ın xəyanətini təsdiqləyir, lakin bundan başqa ədalətin aydın şəkildə öz yerini tapması üçün digər dəlillərin araşdırılması mühümdür
İrakli Kobaxidze - Avropa Şurasının sənədi, Taliavininin rəyi "Milli Hərəkat"ın xəyanətini təsdiqləyir, lakin bundan başqa ədalətin aydın şəkildə öz yerini tapması üçün digər dəlillərin araşdırılması mühümdür

 

Avropa Şurasının sənədi, eləcə də Taliavininin rəyi “Milli Hərəkat”ın xəyanətini təsdiqləyir, lakin bundan başqa ədalətin aydın şəkildə öz yerini tapması üçün digər dəlillərin araşdırılması mühümdür – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidzeyə opponentlərin əslində avqust müharibəsi cinayətlərinə görə mühakimə olunmalarını gözləmədikləri və bunun, sadəcə hakim partiya tərəfindən seçkiöncəsi mesaj olması kimi bəyanatlarına necə münasibət bildirəcəyi haqda sual veriblər.

“Əslində, yaxın günlərdə bununla əlaqədar aydın planlarımızın olduğu daha da aydınlaşacaq. Bu, sadəcə ümumi bəyanat deyil, əslində, ölkənin birdəfəlik dincəlməsi, ölkənin daim bir növ inqilab cəhdi rejimində olmaması və s. üçün bu siyasi qüvvənin mühakimə edilməsi mühümdür, prinsipcə mühümdür. Buna görə də bu, bizim seçkilərdən sonra mütləq həyata keçiriləcək prinsipial qərarımızdır.

Bu istintaq prosesində sənədlərin özlərinin roluna gəlincə, əlbətdə həm birinci, həm də digər sənəd birbaşa dəlildir. Bir halda, “Milli Hərəkat” birbaşa olaraq Avropa Şurasının qətnaməsini imzalayıb, dəstəkləyib və bununla da müharibənin başladılmasını etiraf ediblər. Müvafiq olaraq, bu, onların törətdiyi xəyanətə dair sənədli dəlillərdən biridir. Taliavininin rəyinə gəlincə, orada, belə ki, imza belə bir proseduru nəzərdə tutmurdu, lakin onlar Taliavininin sənədində təqdim olunan dəlil və rəylərlə razılaşıblar. Bundan irəli gələrək, həm Avropa Şurasının sənədi, həm də Taliavininin rəyi “Milli Hərəkat”ın, Saakaşvilinin avtoritar rejiminin zamanında törətdiyi xəyanəti şəksiz şəkildə sübut edən birbaşa dəlildir. Bundan əlavə, 2008-ci ildə ölkəmizə bu qədər ziyan vuran insanlara qarşı ədalətin aydın şəkildə öz yerini tapması üçün digər dəlillərin araşdırılması mühümdür” – İrakli Kobaxidze bildirib.