İrakli Kobaxidze - Avropa Siyasi Birliyinin sammitinin sənədində Gürcüstanla bağlı qeyd öz əksini tapıb, enerji əlaqələndiriciliyi, tranzit funksiyası baxımından xüsusi əhəmiyyət ifadə edilib
Avropa Siyasi Birliyinin sammitinin sənədində Gürcüstanla bağlı qeydin öz əksini tapması çox vacibdir. Xüsusilə, Gürcüstanın enerji əlaqələndiriciliyi və ümumiyyətlə tranzit funksiyası nöqteyi-nəzərdən xüsusi əhəmiyyəti ifadə edilib- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, çox maraqlı müzakirələrin aparıldığı Avropa Siyasi Birliyinin sammiti başa çatıb.
“Müzakirələrdə Avropanın müxtəlif ölkələrindən olan prezidentlər və baş nazirlər iştirak edirdilər. Ümumiyyətlə, olduqca maraqlı format idi. Bu sammitdə müzakirə olunan əsas məsələlərdən biri olan enerji əlaqələndiriciliyi mövzusunda çıxış etmək imkanım oldu. Bu sammitin sənədində konkret olaraq Gürcüstanla bağlı qeydin öz əksini tapması çox vacib idi. Xüsusilə, Gürcüstanın məhz enerji əlaqələndiriciliyi və ümumiyyətlə tranzit funksiyası nöqteyi-nəzərdən xüsusi əhəmiyyəti ifadə edilib.
Həmçinin, bizim ikitərəfli görüşlər keçirmək, müxtəlif Avropa ölkələrindən olan həmkarlarımız, prezidentlər, baş nazirlərlə söhbət etmək imkanımız oldu. Müvafiq olaraq, Gürcüstanın milli maraqları ilə bağlı mesajları paylaşmaq üçün bu formatdan maksimal olaraq istifadə etdik” – deyə İrakli Kobaxidze deyib.
O, sənəddə Gürcüstanın əlaqələndiricilik baxımından xüsusi funksiyasının öz əksini tapdığını bildirib.
“Ölkəmiz Ukraynada müharibə başlayandan bəri formalaşmış geosiyasi vəziyyətin fonunda xüsusilə vacib olan öz tranzit funksiyasını daha da gücləndirmək üçün mütəmadi olaraq çalışır. Ölkəmizin bu baxımdan rolunu, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində ifadə etmək üçün çoxlu resurslarımız var. Bu sammit çərçivəsində bu haqda söhbətimiz oldu və məhz yekun olaraq, bu məsələ sammitin sənədində öz əksini tapdı” – baş nazir qeyd edib.