Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Birləşmiş Krallıqda keçirilən sammitində iştirak edir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer 50-yə yaxın ölkənin liderini Vudstok şəhərində Blenhaym sarayında qəbul edir.
Baş nazir sammit çərçivəsində planlaşdırılan və əsas mövzusu enerji və əlaqələndiricilik olan panel müzakirəsində iştirak edəcək.
Baş nazirin mətbuat xidmətinin məlumatında, İrakli Kobaxidzenin diqqətini Gürcüstanın əlaqələndiricilik baxımından oynaya biləcəyi xüsusi rola yönəldəcəyi deyilir.
“Gürcüstanın rolunu necə gördüyümüzlə bağlı avropalı həmkarlarımızla mesajları paylaşacağıq. Gürcüstan əlaqələndiricilik baxımından Avropa üçün xüsusi rol oynaya bilər və məhz avropalı həmkarlarla buna dair müzakirəmiz olacaq.
Bizim bu gün də tranzit funksiyamızın gücləndirilməsini, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində funksiyamızın inkişafını təmin edəcək bir sıra davam edən layihələrimiz var və bu, təbii ki, Avropa və Qara dəniz regionu üçün olduqca maraqlı olacaq. Avropalı tərəfdaşlarla konkret layihələr haqqında da danışacağıq”- deyə İrakli Kobaxidze bildirib və qeyd edib ki, həmkarlarla ünsiyyət zamanı söhbətin əsas mövzularından birinin Avropa İttifaqının genişlənməsi olacaq.
Ukraynadakı cari hadisələr və qeyri-qanuni miqrasiya Avropa Siyasi Birliyinin sammitində müzakirə olunacaq məsələlər arasındadır. Sammit çərçivəsində eləcə də tematik müzakirələr nəzərdə tutulub.