İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyulun 18-də Avropa Siyasi Birliyinin Birləşmiş Krallıqda keçiriləcək sammitində iştirak edəcək.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri 50-yə yaxın ölkənin liderini Vudstok şəhərində Blenhaym sarayında qəbul edəcək.
Ukraynadakı cari hadisələr və qeyri-qanuni miqrasiya Avropa Siyasi Birliyinin sammitində müzakirə olunacaq əsas məsələlərdir. Sammit çərçivəsində eləcə də tematik müzakirələr nəzərdə tutulub.
Baş nazirin mətbuat xidmətinin məlumatında, Gürcüstanın Baş nazirinin Avropa Siyasi Birliyinin dördüncü sammitində xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə iştirak edəcəyi deyilir.