İrakli Kobaxidze - Avropa komissarı teraktla bağlı bizə xəbərdarlıq edəndə konkret siyasətçidən bəhs edilmədi, bundan irəli gələrək, ünvançı Bidzina İvanişvili ola bilərdi
İrakli Kobaxidze - Avropa komissarı teraktla bağlı bizə xəbərdarlıq edəndə konkret siyasətçidən bəhs edilmədi, bundan irəli gələrək, ünvançı Bidzina İvanişvili ola bilərdi

 

DTX-nin məlumatı olduqca narahatedicidir. Məsələ terror aktı ilə bağlıdır. Gürcüstanın müharibə ilə bağlı tutduğu mövqe bəzilərinin xoşuna gəlmir. Belə şəraitdə təhlükələr var – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze terror aktının hazırlanması və dövlət hakimiyyətini devirmək üçün sui-qəsd faktı üzrə davam edən istintaqla bağlı ünvanlanmış suala cavabında deyib.

Kobaxidze, dövlətin belə əməllərin qarşısını almaq üçün hər şeyi edəcəyini bildirib.

“DTX tərəfindən yayılmış məlumat olduqca narahatedicidir. Məsələ terror aktı ilə bağlıdır. Vəkillərin işin terror maddəsi ilə də açılması ilə bağlı məlumatı günlər boyu gizlətdiyini bilirsiniz. Onlar yalnız başqa maddəyə işarə edirdilər və terrorizm maddəsindən bəhs etmirdilər. Bu məlumat, üstəlik ümumilikdə dünyada baş verənlər fonunda olduqca narahatedicidir. Son vaxtlarda biri Slovakiyada, digəri ABŞ-da olmaqla iki terror aktının baş verdiyini görürsünüz. Bu, eyni qlobal siyasi qüvvələri səciyyələndirən ümumi əl yazısıdır. Bundan irəli gələrək, əlbətdə təhlükələr var və istintaq bu təhlükələrin Gürcüstan üçün də aktual olduğuna işarə edir.

Həmçinin, Avropa komissarlarından biri ilə telefon danışığını xatırlayırsınız, sonradan Avropa komissarının özü etiraf etdi ki, teraktla bağlı bir növ xəbərdarlıq edib. Yəni teraktla bağlı mənə xəbərdarlıq etməsinə dair onun bu etirafı var idi. Onun tərəfindən də əslində bu haqda danışıldı, sadəcə olaraq, o, gülləni atanın qütbləşmə olacağını söylədi. Bildiyiniz kimi, qütbləşmə güllə atmır, qatillər güllə atırlar. Xəbərdarlıq da var idi. Əlbətdə, bu, şəxsən Avropa komissarının xəbərdarlığı deyildi, müvafiq məlumatı bizə çatdırmaq üçün ondan bir növ “messencer” kimi istifadə etdilər. Bütün bunlar narahatedicidir.

Gürcüstanın müharibə ilə bağlı tutduğu mövqe bəzilərinin xoşuna gəlmir. Belə şəraitdə təhlükələr var. İstintaqa əsasən, bütün bunlarda sabiq hakimiyyətin yüksək rütbəli məmurlarının, bu gün fiziki olaraq Ukraynada olan insanların rolunun görünməsi də təəccüblü deyil. Bütün bunlar həddindən artıq narahatedicidir. Belə əməllərin qarşısını almaq vacibdir və dövlət bunun üçün hər şeyi edəcək” – Kobaxidze bildirib.

Kobaxidzenin qeyd etdiyi kimi, Bidzina İvanişvilinin mümkün teraktın ünvançısı olması təəccüblü deyil, çünki İvanişvili ölkədə sülhün və inkişafın təminatçısıdır.

“Hamınızın yaxşı bildiyi üzrə, Bidzina İvanişvili bizim hakim partiyanın lideridir. Siyasi birliyin fəxri sədridir. Bundan əlavə, Bidzina İvanişvilinin gürcü siyasətindəki rolunu, siyasi proseslərə onun təsirini yaxşı bilirsiniz. Bundan irəli gələrək, əlbətdə Bidzina İvanişvilinin belə bir mümkün əməlin ünvançısı olması təəccüblü deyil. Onu da vurğulamaq istərdim ki, Avropa komissarı tərəfindən teraktla bağlı bizə konkret xəbərdarlıq ediləndə, konkret hansısa siyasətçidən bəhs edilmədi.
Bu ümumi xəbərdarlıq idi. Bundan irəli gələrək, istənilən şəxs ünvançı ola bilərdi. Bu şəxsən mənə yönəlik xəbərdarlıq deyildi. Mənə yönəlik də xəbərdarlıq edilmişdi, lakin xəbərdarlıq ümumi xarakter daşıyırdı, müvafiq olaraq, o, Gürcüstan hakimiyyətindən istənilən siyasətçiyə ünvanlana bilərdi. Əlbəttə, təəccüblü deyil ki, ölkəmizin xoş gününü istəməyənlərdən söhbət gedəndə, ilk növbədə, Bidzina İvanişvili onlar üçün ünvançıdır, çünki, ilk növbədə, bu ölkədə sülhün və inkişafın təminatçısı məhz Bidzina İvanişvilidir” – Kobaxidze bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti terror aktının hazırlanması və dövlət hakimiyyətini devirmək üçün sui-qəsd faktı üzrə davam edən istintaqla bağlı bu gün bəyanat yaydı. DTX-nin məlumatına əsasən, Ukraynada olan Gürcüstan hakimiyyətinin sabiq yüksək rütbəli məmurlarının təşkilatçılığı və maliyyəsi ilə Bidzina İvanişvilinin qətlinin hazırlanması faktları da daxil olmaqla, cinayət əməlləri ilə bağlı istintaq aparılır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 23-də bəyanat yaydı və bəyanatda deyilir: “Uzunmüddətli şantaj fonunda belə Avropa komissarlarından biri ilə telefon danışığı zamanı “Fitsonun başına nə gəldiyini gördünüz, elə deyilmi ? və olduqca ehtiyyatlı olmalısınız” deyə səslənən təhdid şokedicidir.
Elə həmin gün Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhei bəyanat yayaraq qeyd etdi ki, İrakli Kobaxidze ilə söhbət zamanı Slovakiyada baş vermiş faciəvi hadisə cəmiyyətdə, hətta Avropada da qütbləşmənin yüksək göstəricisinin bizi haraya apara biləcəyi ilə bağlı nümunə və göstəriş olaraq qeyd edilib.