İrakli Kobaxidze - Avropaya inteqrasiya əsas xarici siyasi prioritetlərdən biri olaraq qalır, 2030-cu il üçün Gürcüstan namizəd ölkələr arasında Avropa İttifaqına üzv olmağa ən hazır olan ölkə olacaq
İrakli Kobaxidze - Avropaya inteqrasiya əsas xarici siyasi prioritetlərdən biri olaraq qalır, 2030-cu il üçün Gürcüstan namizəd ölkələr arasında Avropa İttifaqına üzv olmağa ən hazır olan ölkə olacaq

Avropaya inteqrasiya ölkəmizin əsas xarici siyasi prioritetlərindən biri olaraq qalır. 2030-cu il üçün Gürcüstan Avropa İttifaqına üzv olmağa namizəd ölkələr arasında ən hazır ölkə olacaq, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidzenin söylədiyinə görə, Gürcüstan 2028-ci il üçün assosiativ sazişinin 90%-ni yerinə yetirmiş olacaq.

“Artıq 2028-ci il üçün Assosiasiya Sazişi ilə nəzərdə tutulmuş və DCFTA öhdəliklərin 90 faizini yerinə yetirmək planımız var, bu da ölkəmizin Avropaya inteqrasiyasına əlavə töhfə verəcək. NATO ilə əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərimizdən biridir, həmçinin, həm iqtisadi, həm də siyasi maraqla Çinlə strateji əməkdaşlığın dərinləşdirilməsinin böyük əhəmiyyəti var. Bizim artıq konkret təşəbbüslərimiz var”, – Kobaxidze bildirib.