İrakli Kobaxidze – Avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etmək və Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası üçün əlimizdən gələn hər şeyi etmək bizim borcumuzdur
Avqust müharibəsindən 18 il keçib, lakin bu gün də hər birimiz, o cümlədən emosional olaraq, o ən ağır günləri xatırlayırıq və avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etmək bizim borcumuzdur, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, avqust müharibəsi qəhrəmanlarının vətənpərvərliyi nümunəvidir.
“Avqust müharibəsindən 18 il keçib, lakin bu gün də hər birimiz, o cümlədən emosional olaraq, o ən ağır günləri xatırlayırıq və avqust müharibəsində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etmək bizim borcumuzdur. Onların nümunəsi nəsillər üçün müəyyən edici olmalıdır, onların vətənpərvərliyi örnəkdir və sözsüz ki, bu qəhrəmanların qarşısında Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək və onların arzularını gerçəkləşdirmək üçün əlimizdən gələn hər şeyi etmək borcumuzdur”, – deyə İrakli Kobaxidze bildirib.