İrakli Kobaxidze "Arzular Şəhəri"nin tikinti işlərinin gedişi ilə tanış olub
İrakli Kobaxidze "Arzular Şəhəri"nin tikinti işlərinin gedişi ilə tanış olub

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Regional İnkişaf Naziri Kaxa Quledani və Acara Muxtar Respublikası Hökumətinin sədri Sulxan Tamazaşvili ilə birlikdə “Arzular şəhəri”nin tikinti işlərinin gedişi ilə tanış olub.

Baş nazir 2028-ci ildə başa çatdırılması planlaşdırılan layihə barədə ətraflı məlumat alıb.

Genişmiqyaslı sosial layihənin ikinci mərhələsi çərçivəsində 1077 ailənin mənzil alacağı üç 8 mərtəbəli və altı 13 mərtəbəli bina inşa edilir. 8 mərtəbəli binaların tikintisi artıq başa çatıb, 13 mərtəbəli binanın tikintisi isə yaxın gələcəkdə başa çatacaq. Ərazidə müvafiq mühəndislik infrastrukturu təşkil olunur. “Arzular Şəhəri”ndə ictimai məktəb, uşaq bağçası və oyun meydançalarının tikintisi də planlaşdırılır.

Layihənin birinci mərhələsində artıq üç 12 mərtəbəli bina tikilib və mənzillər 582 ailəyə verilib.

Hökumət administrasiyası məlumat yayır.