İrakli Kobaxidze Antalya Diplomatiya Forumunun açılış sessiyasında iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunun açılış sessiyasında iştirak edib.
Antalyanın dördüncü dəfə ev sahibliyi etdiyi tədbiri Türkiyə prezidenti açıb. Prezident Rəcəb Tayyib Ərdoğan sülh, sabitlik və təhlükəsizliyin əhəmiyyətindən və bu istiqamətdə diplomatiyanın rolundan danışıb. Açılış sessiyasının iştirakçıları qarşısında Türkiyənin xarici işlər naziri Hakan Fidan da çıxış edib.
Gürcüstan hökumətinin başçısı Antalya Diplomatiya Forumunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iştirak edir.
Tədbir çərçivəsində İrakli Kobaxidze “Çoxqütblü dövrdə tərəfdaşlıq” adlı tematik diskussiyada iştirak edib. Səfər çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılıb.
İrakli Kobaxidze xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti ilə Antalyadadır.
Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.