İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək
İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət başçısı 17 apreldə Antalya Diplomatiya Forumunun açılış iclasında iştirak edəcək. İrakli Kobaxidzenin liderlərin panel müzakirəsində çıxışı planlaşdırılıb. Panel müzakirəsinin əsas mövzusu gələcəyin müəyyənləşdirilməsi və risklərin idarə olunmasıdır.

Səfər çərçivəsində Baş nazir həmçinin ikitərəfli görüşlər keçirəcək.

Gürcüstan hökumətinin başçısı Antalyaya nümayəndə heyəti ilə birlikdə səfər edib. Nümayəndə heyətinə xarici işlər naziri Maka Boçorişvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.