İrakli Kobaxidze – Ana Kilsəsi, çətin anlar da daxil olmaqla, həmişə milli maraqların keşiyində dayanır, bunun üçün Kilsəyə və II İlia həzrətlərinə təşəkkür edirəm

14:06, 27.06.2025

Ana Kilsəsi, çətin anlar da daxil olmaqla, həmişə milli maraqların keşiyində dayanır, bunun üçün Kilsəyə və II İlia həzrətlərinə təşəkkür edirəm, – bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

“Mən illər və əsrlər boyu ölkəmizin milli maraqlarının keşiyində dayanan Ana-kilsəmizə, pravoslav kilsəmizə təşəkkürümü bildirmək istəyirəm. Bu, hər dəfə, o cümlədən çətin anlarda da çox aydın şəkildə özünü göstərib. Buna görə Ana Kilsəmizə və II İlia həzrətlərinə dərin təşəkkürümü bildirirəm”, – İrakli Kobaxidze qeyd edib.

Oxşar