Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç ilə görüşüb.
Gürcüstan Hökumət Administrasiyasının məlumatına görə, tərəflər müxtəlif istiqamətdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, iki ölkənin və Avropanın qarşısında dayanan çağırışlar barədə danışıblar.
“Görüşdə qaydalara əsaslanan nizamın əsas şərti olan ədalətli yanaşmanın əhəmiyyətinə diqqət yetirilib”, – məlumatda qeyd edilib.