İrakli Kobaxidze Albaniyada keçirilməsi planlaşdırılan Avropa Siyasi Sammitində iştirak edəcək
İrakli Kobaxidze Albaniyada keçirilməsi planlaşdırılan Avropa Siyasi Sammitində iştirak edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Albaniyada keçirilməsi planlaşdırılan Avropa Siyasi Sammitində iştirak edəcək. Bu barədə Kobaxidze jurnalistlərə müsahibəsində bildirib.

Kobaxidze tədbirlə bağlı dəvət aldığını deyib.

“Sammit mayın 16-na planlaşdırılır və bununla bağlı səfər nəzərdə tutulub. Səfər çərçivəsində heç bir görüş tələb etməmişik. Yerində görəcəyik, ola bilsin ki, müəyyən liderlərlə bəzi görüşlər keçirilə bilər. Əslində, formatı bilirsinizsə, bu formatda xüsusi, rəsmi görüşlər nadir hallarda keçirilir, hərçənd, liderlərlə söhbət etmək imkanımız hər zaman olur. Təbii ki, bu fürsətdən maksimum istifadə edəcəyik”, – İrakli Kobaxidze bildirib.