İrakli Kobaxidze “Aqualia” və “GWP” şirkətlərinin nümayəndələri ilə görüşüb. Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə su ehtiyatlarının strateji idarə olunması və dövlət tərəfindən təbii resursların səmərəli istifadəsi məsələləri müzakirə olunub.
“24 saatlıq su təchizatının təmin edilməsinin zəruriliyi və bu məqsədə çatmaq üçün mövcud çağırışların aradan qaldırılmasının vacibliyi vurğulanıb. Köhnəlmiş su təchizatı sisteminin dəyişdirilməsi, yeni təmizləyici qurğuların tikintisi və müasir texnologiyaların tətbiqi də daxil olmaqla, fundamental infrastrukturun yenilənməsinin vacibliyi müzakirə olunub.
Baş nazir “Aqualia” nümayəndələrinə həyata keçirilmiş investisiyaya görə təşəkkür edib və dövlət tərəfindən dəstək vəd edib”, – hökumət administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.