İrakli Kobaxidze – ABŞ, Azərbaycan prezidentlərini və Ermənistanın Baş nazirini tarixi razılaşma əldə etmələri münasibətilə təbrik edirəm, Gürcüstan hər zaman regionda əməkdaşlığın tərəfdarı olub
İrakli Kobaxidze – ABŞ, Azərbaycan prezidentlərini və Ermənistanın Baş nazirini tarixi razılaşma əldə etmələri münasibətilə təbrik edirəm, Gürcüstan hər zaman regionda əməkdaşlığın tərəfdarı olub

ABŞ, Azərbaycan prezidentlərini və Ermənistanın Baş nazirini tarixi razılaşma əldə etmələri münasibətilə təbrik edirəm, Gürcüstan hər zaman regionda sülhün və əməkdaşlığın tərəfdarı olub, – bu barədə Baş nazir İrakli Kobaxidze sosial şəbəkədə yazır.

Onun dediyinə görə, Gürcüstan gələcəkdə də bölgədə sülhün və sabitliyin dəstəklənməsini qətiyyətlə davam etdirəcək.

“Gürcüstan Ermənistan, Azərbaycan, region və bütün dünya üçün bu tarixi anı təqdir edir. ABŞ, Azərbaycan prezidentlərini və Ermənistanın Baş nazirini bu uğur, tarixi sülh sazişinin əldə olunması və regionda sabitliyin və iqtisadi inkişafın yeni dövrünün başlanması münasibətilə təbrik edirəm! Gürcüstan həmişə regionda sülhün və əməkdaşlığın tərəfində olub və gələcəkdə də onu qəti şəkildə dəstəkləyəcək”, – İrakli Kobaxidze bildirir.

Məlumat üçün bildirək, Azərbaycanın prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə birgə sülh bəyannaməsi imzaladılar. Sənədə əsasən, tərəflər hərbi əməliyyatları daimi olaraq dayandırmaq, ticarət və diplomatik münasibətlər qurmaq, səyahət etmək və bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürürlər.