İrakli Kobaxidze - ABŞ ilə strateji tərəfdaşlığı təmiz bir səhifədən konkret yol xəritəsi ilə yeniləmək istəyimizi açıq şəkildə ifadə etdik, səbirlə qarşı tərəfin addımlarını gözləyirik
Biz ABŞ ilə strateji tərəfdaşlığımızı yeniləmək üçün çox açıq bir istək ifadə etdik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Baş nazir Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilinin ABŞ vitse-prezidenti Cey Di Vens və ABŞ Dövlət katibi Marko Rubio ilə görüşü ilə bağlı sualı cavablandırıb.
“Bu ünsiyyətin baş tutması bizim üçün vacibdir. Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı yeniləmək üçün çox açıq bir istək ifadə etdik və bu tərəfdaşlığın təmiz səhifədən və hər iki tərəfin maraqlarını və prinsiplərini əks etdirən konkret yol xəritəsi ilə yenilənməsini istəyirik. Bu istiqamətdə növbəti addımları səbirlə gözləyirik”, – deyə Kobaxidze bildirib.