İrakli Kobaxidze - 6 milyard dollarlıq investisiya layihəsinin həyata keçirilməsini nəzərdə tutan memorandum ölkəmizin iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək
“Əbu-Dabiyə səfərim çərçivəsində biz Gürcüstanda görünməmiş 6 milyard dollarlıq investisiya layihəsinin həyata keçirilməsini nəzərdə tutan memorandum imzaladıq”, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Hökumət başçısı qeyd edir ki, bu çoxfunksiyalı infrastruktur layihəsi Gürcüstan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.
“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabinin hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana, eləcə də EMAAR Qrupunun sədri zati-aliləri cənab Məhəmməd Əli Rəşid Əl-Alabariyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm.
Əbu-Dabiyə səfərim çərçivəsində biz Gürcüstanda görünməmiş 6 milyard dollarlıq investisiya layihəsinin həyata keçirilməsini nəzərdə tutan memorandum imzaladıq.
“Bu çoxfunksiyalı infrastruktur layihəsi ölkəmizin iqtisadiyyatının inkişafına, iş yerlərinin yaradılması və yeni investisiyaların cəlb edilməsi yolu ilə iqtisadi artımın sürətləndirilməsinə mühüm töhfə verəcək ki, bu da Gürcüstanın çoxşaxəli biznes mərkəzinə çevrilməsinə töhfə verəcək”, – Baş nazir qeyd edir.