İrakli Kobaxidze - 2030-cu il üçün biz Avropa İttifaqına yalnız ləyaqətlə, xristianlığa, kilsəyə və əxlaqa hörmətlə, müstəqillik və suverenliklə üzv olacağıq
İrakli Kobaxidze - 2030-cu il üçün biz Avropa İttifaqına yalnız ləyaqətlə, xristianlığa, kilsəyə və əxlaqa hörmətlə, müstəqillik və suverenliklə üzv olacağıq

Avropaya Avropa İttifaqının siyasətçilərindən və rəsmilərindən tez-tez eşitdiyimiz ədalətsizlik yaraşmır, avropaya xristianlığın qaydalarını rədd etməsi yaraşmır, avropaya LGBT təbliğat yaraşmır, avropaya qeyri-şəffaflıq və başqasının suverenliyinə hörmətsizliyi yaraşmır, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, “Gürcü Arzusu”nun seçki kampaniyasının yekun tədbirində bildirib.

Kobaxidzenin dediyinə görə, 2030-cu il üçün Gürcüstan Avropa İttifaqına yalnız ləyaqətlə, xristianlığa, kilsəyə və əxlaqa hörmətlə üzv olacaq.

“2030-cu il üçün biz Avropa İttifaqına yalnız ləyaqətlə, xristianlığa, kilsəyə və əxlaqa, müstəqilliyə və suverenliyə hörmətlə üzv olacağıq. Yalnız ləyaqətlə Avropaya doğru – bu, cənab Bidzina İvanişvilinin əsasını qoyduğu siyasətdir və bunun üçün ona bir daha böyük təşəkkür etmək istəyirəm. Biz Avropaya doğru yalnız sülhlə gedəcəyik. Sülh olmadan, nə inkişaf, nə də Avropaya inteqrasiya yoxdur. Ötən dörd il ərzində biz ən ağır təzyiqə, şantaja dözdük və ən böyük risklərə baxmayaraq, ölkənin sülhünü qoruyub-saxlamışıq. Bizim hakimiyyət müstəqillik bərpa olundukdan sonra ölkədə müharibənin olmadığı ilk hakimiyyətdir. Biz Gürcüstanda 12 ildir davamlı sülhü qoruyub saxlamışıq və indi də ölkənin bütün istiqamətlərdə dinc və sabit inkişafının davam edəcəyinə yeganə təminat məhz “Gürcü Arzusu”dur. Biz də Avropaya ancaq firavanlıqla gedəcəyik. Bizim əleyhdarlarımız çox vaxt cəmiyyətə yanlış fikir aşılamağa çalışırlar ki, Gürcüstan yalnız biz Avropa İttifaqına qəbul olunandan sonra yüksək gəlirli ölkəyə çevrilə bilər. Reallıqda isə hər şey əksinədir – Gürcüstanı Avropa İttifaqına yalnız yüksək gəlirli ölkə oldukdan sonra qəbul edə bilərlər”, – Kobaxidze bildirib.