İrakli Kobaxidze - 2026-2035-ci illər üçün ölkənin yeni inkişaf strategiyası hazırlanacaq, sənəddə ölkənin 10 illik perspektivdə nail olmalı olduğu nəticələr müəyyən ediləcək
Ölkənin hazırkı inkişaf strategiyası 2030-cu il də daxil olmaqla hazırlanmışdı. Yeni strategiya növbəti onillik dövr – 2026–2035-ci illər üçün hazırlanacaq, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Baş nazirin dediyinə görə, sənəddə hər bir prioritet kompakt şəkildə təqdim edilməlidir.
“Ölkənin hazırkı inkişaf strategiyası 2030-cu il də daxil olmaqla hazırlanmışdı. Yeni strategiya növbəti onillik dövr – 2026–2035-ci illər üçün hazırlanacaq.Müvafiq olaraq, burada növbəti on il üçün müəyyən olunmuş prioritetlər əks olunacaq. Sənədin məzmununa gəlincə, biz bunu nazirlərlə birlikdə müzakirə edəcəyik. Bu, çox lakonik sənəd olmalıdır, hər bir prioritet qısa və yığcam şəkildə təqdim edilməlidir. Biz dəqiq bilməliyik ki, bu gündən etibarən 10 il ərzində hansı nəticəyə nail olmalıyıq. Buna konkret müddətləri əhatə edən fəaliyyət planı əlavə olunacaq. Bu, çox lakonik və yığcam sənəd olacaq və burada ölkənin 10 illik perspektivdə nail olmalı olduğu nəticələr dəqiq şəkildə müəyyən ediləcək”, – Baş nazir bildirib.