İrakli Kobaxidze - 2012-ci ilə qədər biznesmenlərin əmlakını dövlətə keçirməsinin 10 000-ə qədər halı qeydə alınmışdı, 2012-ci ildən sonra bu cür fakt sıfıra bərabərdir, bu da o deməkdir ki, biznesə təzyiq və terror bitdi
İrakli Kobaxidze - 2012-ci ilə qədər biznesmenlərin əmlakını dövlətə keçirməsinin 10 000-ə qədər halı qeydə alınmışdı, 2012-ci ildən sonra bu cür fakt sıfıra bərabərdir, bu da o deməkdir ki, biznesə təzyiq və terror bitdi

 
2012-ci ilə qədər biznesmenlərin öz əmlakını dövlətə keçirməsinin təkcə 10 000-ə qədər halı qeydə alınmışdı; 2012-ci ildən sonra bu cür fakt sıfıra bərabərdir. Bu o deməkdir ki, ya biznesə təzyiq və terror bitdi, ya da bizim biznesmenlər artıq 2012-ci ilə qədər olduğu kimi xeyirxah deyillər – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze biznes assosiasiyasının konfransında çıxışı zamanı deyib.

Kobaxidze, bu gün biznesə heç bir təzyiqin olmadığını, əksinə, hakimiyyətin ölkədə iqtisadiyyatın və biznesin inkişafına kömək üçün maksimal şəkildə həvəsli olduğunu bildirib.

“2012-ci ilə qədər biznesin azadlığı nöqteyi-nəzərdən vəziyyətin necə olduğunu, biznesə təzyiqlərin necə ağır olduğunu hamınız xatırlayırsınız, biznesmenlərə qarşı birbaşa terror həyata keçirilirdi. Biznesmenlərin öz əmlakını hətta dövlətə keçirmək məcburiyyətində qalmaları ilə bağlı minlərlə fakt var idi. 2012-ci ilə qədər biznesmenlərin öz əmlakını dövlətə keçirməsinin təkcə 10 000-ə qədər halı qeydə alınmışdı; 2012-ci ildən sonra bu cür fakt sıfıra bərabərdir. Bu o deməkdir ki, ya biznesə təzyiq və terror bitdi, ya da bizim biznesmenlər artıq 2012-ci ilə qədər olduğu kimi xeyirxah deyillər.

Bu gün biznes azaddır. Biznesə heç bir təzyiq yoxdur, əksinə, hakimiyyət ölkədə iqtisadiyyatın və biznesin inkişafına kömək üçün maksimal şəkildə həvəslidir” – baş nazir bildirib.