İrakli Kobaxidze - 2004-2012-ci illərdə biznes reketliyi hakimiyyətin dəst-xəttinin əsas xüsusiyyətlərindən biri idi, bizim yanaşmamız yeganə və sadədir, o da biznes azadlığıdır
2004-2012-ci illərdə, biznes reketliyinin hakimiyyətin dəst-xəttinin əsas xüsusiyyətlərindən biri olduğu dövrdə, hakimiyyət və biznes arasında “harmonik” münasibətlər mövcud idi. Bizim yanaşmamıza gəlincə, bizim yanaşmamız yeganə və sadədir, bu da biznes azadlığıdır, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” teleşirkətinin “Açıq efir” verilişində bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, biznes azad olmalıdır və yeganə müdaxilə yalnız haradasa ədalətsiz oyun qaydaları mövcud olduqda həyata keçirilə bilər.
“Hökumət və biznesin “harmonik münasibətlərinə” gəlincə, əgər bu ifadəni mənfi mənada işlətsək, 2004–2012-ci illərdə, biznes reketinin hakimiyyətin əsas xəttlərindən biri olduğu dövrdə hökumət və biznes arasında məhz belə “harmonik münasibətlər” mövcud idi. Bizim yanaşmamıza gəlincə, bizim yanaşmamız yeganə və sadədir, bu da biznes azadlığıdır. Biznes azad olmalıdır və yeganə müdaxilə yalnız haradasa ədalətsiz oyun qaydaları mövcud olduqda həyata keçirilə bilər. Biz bu məsələ ilə bağlı bizneslə razılaşmışıq. Biznesin də marağındadır ki, əgər biznes sektorunun hansısa digər iştirakçısı ədalətsiz davranırsa, bu, vicdanlı (dürüst) fəaliyyət göstərənlər üçün problem yaradır. Bu problemi həll etmək üçün hamımız birlikdə çalışmalıyıq. Hər hansı bir yerdə ədalətsiz qaydalar və ya qaydalardan kənara çıxma halları varsa, bütün bunları bizneslə birlikdə nizama salmağa çalışmalıyıq”, – Baş nazir bildirib.