İrakli Kobaxidze - 20 iyunla bağlı konkret şəxslərin hərəkətləri barədə bizim də sual işarələrimiz var və məhz Strasburq Məhkəməsinin tapşırığı ilə istintaqı yeniləmişik
20 iyunla bağlı və həmin vaxt konkret şəxslərin — hüquq-mühafizə orqanlarının o dövrkü rəhbərlərinin — hərəkətlərinə dair bizim də sual işarələrimiz var və məhz Strasburq Məhkəməsinin tapşırığı ilə bu mövzu ilə bağlı istintaqı yeniləmişik”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
İrakli Kobaxidzenin dediyinə görə, bu istintaq hər şeylə bağlı həqiqəti müəyyən edəcək.
“20 iyuna və orada konkret şəxslərin hərəkətlərinə gəlincə, mən o vaxtkı hüquq-mühafizə orqanlarının rəhbərlərini nəzərdə tuturam, bilirsiniz ki, bizim də sual işarələrimiz var və məhz Strasburq Məhkəməsinin tapşırığı ilə bu mövzu ilə bağlı istintaqı yeniləmişik. Bu istintaq hər şeylə bağlı həqiqəti müəyyən edəcək, o cümlədən həmin dövrdə konkret vəzifəli şəxslərin nə dərəcədə qanunauyğun hərəkət etdiyini də” – deyə baş nazir bildirib.