İrakli Kobaxidze - 17 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsinin imzaladığı, dezinformasiya ilə dolu məktubun dərc olunması təəssüf doğurur
İrakli Kobaxidze - 17 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsinin imzaladığı, dezinformasiya ilə dolu məktubun dərc olunması təəssüf doğurur

17 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsinin imzaladığı, dezinformasiya ilə dolu məktubun dərc olunması təəssüf doğurur, – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Sameqreloda jurnalistlərə bildirib.

İrakli Kobaxidzenin dedeiyinə görə, Avropa strukturlarında qeyri-rəsmi idarəçilik üstünlük təşkil edir və hər cür mənəvi sərhəd tamamilə silinmiş vəziyyətdədir.

“Özünüz də gördünüz ki, təəssüf ki, bu məktub bütün istiqamətdə dezinformasiya ilə doludur. Siyasətçilərin həbs olunması məsələsinə gəlincə, bu məktubda oxuduğumuz qiymətləndirmələr tamamilə həqiqətə uyğun deyil. Burada da məktubun müvafiq hissəsi tamamilə dezinformasiya ilə doludur ki, bu da çox təəssüf doğurur. Söhbət 17 dövlətin xarici işlər nazirlərindən və Avropa İttifaqının Ali Nümayəndəsindən gedir. Belə şəxslərin imzası ilə bu cür dezinformasiya ilə dolu bir məktubun dərc olunması, təbii ki, olduqca təəssüf doğuran haldır. Avropa strukturlarında, Avropa bürokratiyasında qeyri-rəsmi idarəçilik üstünlük təşkil edir və belə şəraitdə bütün mənəvi sərhədlər tamamilə silinmiş olur. İstənilən yalan, hətta bu qədər yüksək səviyyəli bir məktubda da yer ala bilər ki, bu olduqca təəssüf və üzücü haldır”, – İrakli Kobaxidze bildirib.

17 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi Gürcüstanla bağlı birgə bəyanat yayıb. Bəyanatın müəllifləri Gürcüstan hakimiyyətini “haqsız yerə həbs edilmiş siyasətçiləri, jurnalistləri və fəalları dərhal azad etməyə, repressiv qanunvericiliyi ləğv etməyə və bütün müvafiq tərəflərlə milli dialoq aparmağa” çağırırlar.