İrakli Kobaxidze -17 may bizim üçün həm də ona görə xüsusidir ki, bu bayram bizim ən sevimli patriarxımız tərəfindən təsis edilib
17 may bizim üçün həm də ona görə xüsusidir ki, bu bayram bizim ən sevimli patriarxımız tərəfindən təsis edilib; yarım əsr ərzində şüurumuzda xristianlıq və pravoslavlığın nəzərdə tutduğu bütün dəyərlər İkinci İlia şəxsində təcəssüm olunub, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Müqəddəs Üçlük Kafedral məbədində çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, İkinci İlianın vəfatı hər bir gürcüyə xristianlığın, sevginin və birliyin əhəmiyyətini xüsusi bir kəskinliklə dərk etdirdi.
“Bu il bu bayramı ilk dəfədir ki, İkinci İlia həzrətləri olmadan qeyd edirik. Mayın 17-si bizim üçün həm də ona görə xüsusidir ki, bu bayram bizim ən sevimli patriarxımız tərəfindən təsis edilib. Yarım əsr ərzində şüurumuzda xristianlıq və pravoslavlığın nəzərdə tutduğu bütün dəyərlər İkinci İlia şəxsində təcəssüm olunub. Mənəvi atamız, Müqəddəs və Mübarək İkinci İlianın vəfatı hər birimizə xristianlığın, sevginin və birliyin əhəmiyyətini xüsusi bir kəskinliklə dərk etdirdi. Xristianlıq dəyərlərinin və ənənələrinin qorunması yolunda ölkəmizin gələcəyini hələ uzun müddət işıqlandıracaq böyük xidmətlərinə görə Müqəddəs və Mübarək patriarxa təşəkkür edirik”, – Baş nazir bildirib.