İrakli Kobaxidze 17-19 dekabrda Polşa Respublikasına səfər edəcək
İrakli Kobaxidze 17-19 dekabrda Polşa Respublikasına səfər edəcək

Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze dekabrın 17-19-da, nümayəndə heyyəti ilə birlikdə, Polşa Respublikasına səfər edəcək.

Gürcüstan Parlamentinin sədri, Polşa Respublikasın Seyminin Marşalı Marek Kuçinski və Senatın Marşalı Stanislav Karçevski ilə görüçəcək.

Səfər çərçivəsində İrakli Kobaxidze, Marek Kuçinski və Stanislav Karçevski Gürcüstan Parlamenti, Polşa Respublikasın Seymi və Senatı arasında razılığa imza atacaqlar. Razılığın imzalanmasından sonra mətbuat üçün birgə bəyanat veriləcək.

İrakli Kobaxidze baş nazir Matteuş Moravietski və baş nazirin birinci müavini Pyotr Qlinski ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində, Gürcüstan Parlamentinin sədrinin, Gürcüstan-Polşa parlamentlərarası dostluq qrupunun sədri Malqorjata Qoşievska və parlament azlığının nümayəndələri ilə görüş planlaşdırılır.

Parlament nümayəndə heyyəti Gürcüstan və Polşa Respublikaları arasında diplomatik əlaqələrin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərgini gözdən keçirəcək.