İrakli Kobaxidze - Əsas prinsipimiz dövlət xidmətlərinin vətəndaşa yaxın olmasını təmin etməkdir, 2012-ci ildə ölkədə cəmi 11 Ədliyyə Evi fəaliyyət göstərirdisə, bu gün onların sayı 127-dir
İrakli Kobaxidze - Əsas prinsipimiz dövlət xidmətlərinin vətəndaşa yaxın olmasını təmin etməkdir, 2012-ci ildə ölkədə cəmi 11 Ədliyyə Evi fəaliyyət göstərirdisə, bu gün onların sayı 127-dir

Biz bu gün Xelvaçauridə Ədliyyə Evini açırıq, bu Acarada doqquzuncu ədliyyə evidir, buraya gələn insanlar – yerli sakinlər və ya bələdiyyənin qonaqları – Ədliyyə Evi tərəfindən təmin olunan bütün xidmətlərdən müasir infrastruktur və ən yüksək xidmət standartları ilə yararlanmaq imkanı əldə edəcəklər, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Xelvaçauri Ədliyyə Evinin açılış mərasimində çıxışı zamanı bildirib.

Kobaxidzenin söylədiyinə görə, Acarada Ədliyyə Evinin xidmətlərinə çox yüksək tələbat var və hər il 700 mindən çox istifadəçi bu xidmətlərdən istifadə edir.

“Regionda həmçinin mobil Ədliyyə Evi də fəaliyyət göstərir, hansı ki, onlarla kənddə xidmətləri birbaşa yerində təqdim edir. Əsas prinsipimiz dövlət xidmətlərinin vətəndaşlara mümkün qədər yaxın olmasıdır. Ədliyyə Evi məhz bu prinsip əsasında fəaliyyət göstərir.

2012-ci ildə ölkə miqyasında cəmi 11 Ədliyyə Evi fəaliyyət göstərirdi. Bu gün Ədalət Evi 127 ünvanda əlçatandır və hər gün 20.000-dən çox insana xidmət göstərir. Coğrafi əlçatanlığın artırılması davam edir. Tezliklə bir neçə şəhər və yaşayış məntəqəsində yeni məkanlar açacağıq və bununla filialların ümumi sayı 132-yə yüksələcək.

Məqsədimiz xidmət standartlarını daim yaxşılaşdırmaqdır. Hazırda Ədliyyə Evində təxminən 500-ə gədər xidmət mövcuddur və yaxın gələcəkdə bu rəqəmin ikiqat artırılması planlaşdırılır, bu da vətəndaşlarımızın həm dövlət, həm də özəl sektor xidmətlərinə əlçatanlığını artıracaq. Bununla yanaşı, müasir texnologiyalar tətbiq olunur və artıq süni intellektin Ədliyyə Evinin təcrübəsinə tətbiqi fəal şəkildə planlaşdırılır.

Ədliyyə Nazirliyinə və bu layihənin həyata keçirilməsində iştirak edən hər bir şəxsə təşəkkür etmək istəyirəm. Xelvaçauri əhalisini Ədliyyə Evinin açılışı münasibətilə təbrik etmək və Ədliyyə Evinin əməkdaşlarına, hər birinizə uğurlar arzulamaq istəyirəm”, – Baş nazir bildirib.