İrakli Kobaxidze - Əgər şəxsin iki yerdə işləməsinin səbəbi onun maaşının və gəlirinin kifayət etməməsidirsə, o zaman müvafiq şəxslərin maaşları artırılmalıdır
İnsanların müxtəlif iş yerlərində səkkiz saat işləməsi nəzəri cəhətdən mümkün deyil; bu təcrübə dəyişməlidir”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Kobaxidzenin sözlərinə görə, əgər bir şəxsin iki yerdə işləməsinin səbəbi onun maaşının və gəlirinin kifayət etməməsidirsə, o zaman müvafiq şəxslərin maaşları artırılmalıdır.
Dövlət müəssisələrində kadrların optimallaşdırılması hesabına artıq 60 milyon laridən çox qənaət etmişik. İnsanların eyni vaxtda iki, bəzən isə üç işdə tam ştatlı işləməsi zamanı düzgün olmayan təcrübə formalaşmışdı. İki və üç fərqli işdə səkkiz saat işləmək nəzəri cəhətdən mümkün deyil. Bu təcrübə dəyişdirilməlidir. Burada da xərclər və kadrlar optimallaşdırılacaq və belə şəraitdə dövlət xidməti təbii ki, daha səmərəli fəaliyyət göstərəcək. Əgər bir şəxsin iki yerdə işləməsinin səbəbi onun maaşının və gəlirinin kifayət etməməsidirsə, bu halda müvafiq şəxsin maaşı artırılmalıdır. Çatışmaz peşələr var və dövlət qulluğunda verilən maaşlar bazarın tələblərinə cavab verməməsi halları var. “Belə şəraitdə biz insanları süni və ya formal şəkildə iki və ya üç yerdə işlə təmin etməməliyik, əksinə, onlara bazarın tələblərinə uyğun əməkhaqqı təklif etməliyik. Bu, düzgün prinsip olacaq”, – İrakli Kobaxidze bildirib.