İrakli Kobaxidze - Əgər ölkələr arasında sağlam münasibətin olması üçün qarşılıqlı siyasi iradə, Gürcüstana qarşı ədalətli münasibət olarsa, ABŞ-Gürcüstan münasibətləri bərpa olunacaq
İrakli Kobaxidze - Əgər ölkələr arasında sağlam münasibətin olması üçün qarşılıqlı siyasi iradə, Gürcüstana qarşı ədalətli münasibət olarsa, ABŞ-Gürcüstan münasibətləri bərpa olunacaq

Dəyər uyğunluğu aydın görünür, o cümlədən ABŞ-ın yeni administrasiyasından eşitdiyimiz ictimai mesajlardan, qalanı konkret addımlardan,həmçinin yeni administrasiyanın özünü “dərin dövlət”dən nə dərəcədə tamamilə azad olunmasından asılıdır”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze İctimai Yayımçının efirində, “Günün mövzusu” adlı verilişində bildirib.

Onun dediyinə görə, əgər qarşılıqlı siyasi iradə və Gürcüstana qarşı ədalətli münasibət olarsa, bu halda münasibətlər bərpa olunacaq.

“Əlbəttə ki, münasibətlərin bərpası üçün vacib olacaq çox nüans var, amma əsas odur ki, biz mahiyyətcə qarşılıqlı istək üzərində razılaşaq. Əgər ölkələr arasında sağlam münasibətin olması, Gürcüstana Bayden administrasiyasından gördüyümüzdən fərqli olaraq ədalətli münasibətin olması üçün qarşılıqlı siyasi iradə olarsa, bu halda münasibətlərin bərpa olunacağını düşünürəm, “Dərin dövlət”in hələ də yerində olduğunu nəzərə alsaq, ehtiyatlı optimizmimiz var. Görək, proseslər necə inkişaf edəcək”, – deyə baş nazir bildirib.