İrakli Kirtsxalia – Korrupsiyaya qarşı kursumuzu və yanaşmamızı ictimaiyyət yaxşı bilir, ad və soyad önəmli deyil, qanun hamı üçün qanundur

16:36, 21.06.2025

Korrupsiyaya qarşı kursumuzu və yanaşmamızı ictimaiyyət yaxşı bilir. Ad və soyad önəmli deyil, qanun hamı üçün qanundur, – bu barədə parlament çoxluğunun üzvü İrakli Kirtsxalia bildirib.

“Korrupsiyaya qarşı kursumuzu və yanaşmamızı ictimaiyyət yaxşı bilir. Adın və soyadın heç bir əhəmiyyəti yoxdur, vəzifəli şəxs olub-olmaması, keçmiş vəzifəli şəxs olub-olmaması vacib deyil – reallıq birdir və bu, korrupsiyaya qarşı çox sərt münasibətdir. Qanun hamı üçün qanundur. Ad, soyad, vəzifə, keçmiş vəzifə heç biri imtiyaz ola bilməz,” – deyə İrakli Kirtsxalia bildirib.

DTX vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla lari məbləğində qanunsuz gəlirin leqallaşdırılması faktları üzrə məhkəmə qərarı əsasında İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin sabiq müavini Romeo Mikautadzeni həbs edib. Cinayət 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar